MCP sədri jurnalistin yas mərasimində iştirak etdi

rn

MCP sədri jurnalistin yas mərasimində iştirak etdi

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev, deputat həmkarı Müşfiq Cəfərov ilə Bərdə rayonunun Əliyanlı kəndində tanınmış jurnalist, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin yas mərasimində iştirak edib.

Deputatlar mərhumun yaxınlarına, qardaşı Allahyar və oğlu Hüseynə başsağlığı veriblər.

Gözəl bir insanı və peşəkar bir jurnalisti itirdik, deyən MCP sədri bildirib ki, Zülfüqar Hüseynzadənin Oğlu Hüseyn də jurnalistika ixtisası üzrə təhsil alır və atasının davamçısı olacaq.

Qeyd edək ki, Zülfüqar Hüseynzadə Kəlbəcərdə, doğma kəndi Başlıbeldə qəfil ürək tutmasından dünyasını dəyişib.