Elə yerlər var ki, baxırsan yüzlərlə ağac əkilib, amma yanıb kül olub

Screenshot 35

Gələn il Azərbaycan iqlim dəyişikliyi üzrə COP 29-a ev sahibliyi edəcək və bu çox möhtəşəm bir tədbir olmaqla yanaşı, həm də ölkəmiz adına müsbət hadisə olacaq. Dünən  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da oldu. Bütün bunlara söykənərək bir problemi qabartmaq istəyirəm.

Screenshot 35

Ekologiya və təbii sərvətlər nazirliyinin təşkil etdiyi ağacəkmə kampaniyalarında elə xanım Sədr siz özünüz, bütün deputatlar da iştirak edib və doğurdan da gözəl nəticələr var. Min hektarlarla ərazilər yaşıllaşdırılıb və bu ekoloji tarazlığın qorunmasınds mühüm addım olub. Amma, elə yerlər var ki, baxırsan yüzlərlə ağac əkilib, amma yanıb kül olub. Çünki, onlar ancaq şəkil və video çəkmək üçün əkilib, belə deyək ki, şou yaradılıb. Əgər ağac əklirsə, demək ki, onun sonrakı taleyi ilə də bağlı qərar olmalıdır. Kim sulayacaq, kim belləyəcək və kim qulluq edəcək. 

Bu dediyim narahatedici məqamlar ayrı-ayrı idarə və təşkilatlar tərəfindən həyata keçirilən işlərdir və çox güman ki, ekologiya və təbii sərvətlər nazirliyi ilə razılaşdırılmayıb. Onun üçün də yaşıllaşdırma məsələlərində müəyyən nizam-intizamın olması yaxşı olar. Gözümüz qabağında yüzlərlə ağac suzuzluqdan yanır və məhv olur. Elə parklar var ki, əvvəllər idarələr, yaxud digər qurumlar tərəfindən salınıb, başqa balanslara keçirilməyib, indi də qulluq olunmur və bütün ağaclar məhv olur. Ağaclar şəhərimizin, ölkəmizin ağciyəridir və daha məsuliyyətli yanaşmalara ehtiyac yaranıb.

İstərdim ki, bu məsələ ilə bağlı yaxın zamanda ciddi monitorinq aparılsın və bizə də real vəziyyət haqqında məlumat verilsin.

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin 26 dekabr 2023-ci il tarixdə Parlament çıxışı